BAKI, 25 sentyabr. TELEQRAF

"Təkcə nəticəni deyil, həm də oyunun bir çox aspektlərini təhlil etməliyik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin “Fənərbağça" klubunun baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasının ilk turunda Xorvatiyada "Dinamo Zaqreb"ə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının oyuna nəzarət etdiyini bildirib: “Məğlub olsaq da, matça nəzarət etməyi bacardıq. Bir çox əks-hücuma imkan vermədik. Amma buraxdığımı qollar… Biz daha yaxşı müdafiə olunmalı, cinahları bağlamalı və zərbələrin qarşısını almalıyıq. Futbolçularım əlindən gələni etməyə çalışdı, amma bu, kifayət etmədi".

Qeyd edək ki, “Fənərbağça” Avropa Liqasının ikinci turunda Fransanın “Nitsa” klubu ilə qarşılaşacaq.