BAKI, 23 sentyabr. TELEQRAF

İngiltərənin "Arsenal" klubu ciddi itki ilə üzləşib.

Teleqraf "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisinin cinah oyunçusu Noni Madueke sıradan çıxıb.

23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının "Mançester Siti" ilə oyununda (1:1) dizindən xəsarət alıb. Maduekenin iki ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Qeyd edək ki, Noni Madueke yay transfer pəncərəsində 55 milyon avro qarşılığında "Çelsi"dən "Arsenal"la transfer olunub. O, "topçular"la 6 oyunda iştirak edib.