BAKI, 12 sentyabr. TELEQRAF
İngiltərənin "Çelsi" klubunun zədəli futbolçusu Liem Delapın durumuna aydınlıq gəlib.
Teleqraf xəbər verir ki, 22 yaşlı hücumçu 12 həftəyə qədər yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərəli oyunçu Premyer Liqanın III turunda evdə "Fulhem"i 2:0 hesabı ilə məğlub etdikləri oyunun 14-cü dəqiqəsində zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, Liem Delap yay transfer pəncərəsində "İpsviç Taun"dan 35,5 milyon avro qarşılığında "Çelsi"yə transfer olunub. O, "zadəganlar"la meydana çıxdığı 9 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, "Çelsi" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq. Tərəflər noyabrın 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək.