BAKI, 8 sentyabr. TELEQRAF
"Sabah bizi ağır oyun gözləyir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli evdə Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələsi oyunundan öncə mətbuat konfransında deyib.
28 yaşlı hücumçu rəqibin Bakıdan qələbə ilə dönmək istədiyində olacağını söyləyib: "Ukrayna yığması usta futbolçulardan ibarət təcrübəli komandadır. Onlar ilk oyunda məğlub olduqları üçün Bakıdan qələbə ilə dönmək istəyində olacaqlar. Biz isə İslandiyada aldığımız ağır məğlubiyyəti xalqımıza unutdurmağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında keçiriləcək matç sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.