BAKI, 3 sentyabr. TELEQRAF
İngiltərənin “Liverpul” klubunun isveçrəli azarkeşi Florian Turler Ginnesin Rekordlar Kitabına düşüb.
Teleqraf "20 Minuten" nəşrinə istinadən xəbər verir ki, qırmızılara sədaqətli fanat avqustun 31-də 60 illik yubileyi şərəfinə futbol meydançasına klubun 1047 ədəd formalarını düzüb.
Beləliklə, azarkeş eyni klubun oyun formalarının sayı üzrə dünya rekordunu qırıb.