BAKI, 25 avqust. TELEQRAF
İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka sıradan çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
23 yaşlı hücumçu Premyer Liqanın II turunda evdə "Lids Yunayted"i 5:0 hesabı ilə məğlub etdikləri oyunda bud nahiyəsindən xəsarət alıb.
Sakanın zədə səbəbindən dörd həftəyə qədər yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, "Arsenal" ilk iki turdan sonra 6 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. “Topçular” avqustun 31-də son çempion “Liverpul”la qarşılaşacaq.