BAKI, 21 avqust. TELEQRAF

İngiltərə Premyer Liqası (İPL) komandaları mövsümlərarası fasilədə yeni transferlərə artıq 2,37 milyard funt-sterlinq xərcləyib.

Teleqraf xəbər verir ki, bu məbləğ liqa tarixində ən yüksək göstəricidir.

Əvvəlki rekord (2,36 milyard funt sterlinq) 2023-cü ilin yayında müəyyən edilib.

Qeyd edək ki, İPL-də bu yayın ən bahalı transferi "Liverpul"a məxsusdur. Mersisayd təmsilçisi 125 milyon avro qarşılığında Almaniyanın "Bayer Leverkuzen" klubundan Florian Virtsi heyətinə qatıb.

Yay transfer pəncərəsi sentyabrın 1-dək davam edəcək.