BAKI, 20 avqust. TELEQRAF
Futbol üzrə Lüksemburq millisi baş məşqçi Lük Holtsla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
56 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, karyerasını Almaniyanın 3-cü liqasında çıxış edən "Valdhof Mannheym" klubunda davam etdirəcək.
Holtsu millidə Ceff Ştrasser əvəzləyəcək.
Qeyd edək ki, Lük Holts 2010-cu ilin avqustundan Lüksemburq seçməsinə rəhbərlik edirdi.