BAKI, 18 avqust. TELEQRAF
Məşhur futbol ulduzu Neymarın da heyətində yer aldığı “Santos” klubu Braziliya A Seriyasının 20-ci turunun ev oyununda Rio-de-Janeyro “Vasko da Qama”sına biabırçı hesabla ulduzub – 0:6.
Teleqraf xəbər verir ki, matçdan sonra Neymar komanda yoldaşlarının onu sakitləşdirmək cəhdlərinə baxmayaraq, meydanda qalıb və uzun müddət ağlayıb. O, ən son və göz yaşları içində stadionu tərk edib.
Hesab 0:6 olduqdan sonra meydan sahiblərinin azarkeşləri baş verənlərə münasibət nümayiş etdirərək, arxalarını meydançaya çeviriblər. Bir çox yerli azarkeşlər stadiona üzərində Neymarın şəkli olan köynəklərdə gəliblər.
Qeyd edək ki, "Santos" hazırda 21 xalla A Seriyasında 15-ci yerdədir. Klubu aşağı liqa zonasından cəmi iki xal ayırır.