BAKI, 10 avqust. TELEQRAF
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin heyətində yer aldığı “Kayzerslautern” klubu II Bundesliqada növbəti görüşünü keçirib.
Teleqraf xəbər verir ki, azərbaycanlı futbolçunun klubu 2-ci turda yerli azarkeşləri önündə “Şalke”ni 1:0 hesabı ilə udub. Yeganə qolu 55-ci dəqiqədə Marlon Ritter penaltidən vurub.
Emreli oyuna start heyətində başlayıb, 72-ci dəqiqədə əvəzlənib. Forvard 52-ci dəqiqədə sarı vərəqə alıb.
Mövsümdə ilk qələbəsini qazanan “Kayzerslautern”in axtivində 3 xalı var.