BAKI, 7 avqust. TELEQRAF

"Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan görüşdə Naxçıvan təmsilçisi böyük hesabla məğlub olub - 0:4.

Çexiyalı baş hakim Andrjey Berkanın idarə etdiyi oyunda Loizos Loizu (13, 22), Evandro (55) və Stefan Yovetiç (58) fərqləniblər.

Komandalar arasında cavab oyunu avqustun 14-də Nikosiyada keçiriləcək.

***

21:16

"Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan matçda qonaqlar fərqi 4-ə çatdırıb.

58-ci dəqiqədə Stefan Yovetiç topu "Araz-Naxçıvan"ın qapısına göndərib.

***

21:14

"Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan görüşdə qonaqlar 3-cü qolu vurub.

55-ci dəqiqədə Evandro fərqlənib.

***

21:03

“Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə start götürüb.

Teleqraf xəbər verir ki, Dalğa Arena"da təşkil olunan qarşılaşmada qonaqlar 2:0 hesabı ilə öndədir.

Hər iki qolu Loizos Loizu (13, 22) vurub.

***

20:46

“Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Teleqraf xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan qarşılaşmada qonaqlar 2:0 hesabı ilə öndədir.

Hər iki qolu Loizos Loizu (13, 22) vurub.

***

20:22

Kipr "Omoniya"sı "Araz Naxçıvan"la UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab fərqini artırıb.

Teleqraf xəbər verir ki, "Dalğa Arena"da keçirilən matçda Loizos Loizu dubla imza atıb.

***

20:12

“Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan görüşdə qonaqlar önə keçib.

13-cü dəqiqədə Loizos Loizu fərqlənib.

***

19:59

“Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş “Dalğa Arena”da keçirilir.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

7 avqust

20:00. "Araz-Naxçıvan" - "Omoniya" 0:4

Qollar: Loizos Loizu, 13, 22; Evandro, 55; Stefan Yovetiç, 58.

Hakimlər: Andrjey Berka, İvo Nadvornik, Yan Vanya, Ondrey Pexanets VAR: Tomas Koçurek AVAR: Miroslav Zelinka (hamısı Çexiya) Bakı, "Dalğa Arena"