BAKI, 31 iyul. TELEQRAF

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Şimali Makedoniya klubu “Şkendiya” ilə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib:

“Şkendiya” – “Qarabağ”

5 avqust. “Todor Proeski” stadionu. Saat 22:00
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)

“Qarabağ” – “Şkendiya”

12 avqust. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
(Hakimlər briqadası Niderlanddandır)