BAKI, 24 iyul. TELEQRAF

İtaliyanın "Milan" klubu İngiltərə "Brayton"unun futbolçusu Pervis Estupinyanı transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "rossoneri" ilə 5 illik müqavilə bağlayıb.

Estupinyan "Milan" tarixinin ilk ekvadorlu futbolçusudur.

London təmsilçisi bu keçiddən 17 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Pervis Estupinyan 2022-ci ildən "Brayton"da çıxış edirdi. O, Ekvador millisində iştirak etdiyi 48 oyunda 5 qolla yadda qalıb.