BAKI, 22 iyul. TELEQRAF
Növbəti mövsüm Azərbaycan I Liqasında mübarizə aparacaq “Səbail” klubu kapitanı Yusif Nəbiyevlə müqaviləni yeniləyib.
Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "dənizçilər" 27 yaşlı futbolçu ilə 1+2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yusif Nəbiyev son iki mövsümü “Səbail”də keçirib.