BAKI, 18 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında dördüncü oyun gününün sonuncu görüşü Meksikanın "Monterrey" və İtaliyanın "İnter" komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, F qrupunun matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyunda hesabı 25-ci dəqiqə Meksika klubunun müdafiəçisi Serxio Ramos açıb. “İnter” buna Lautaru Martinezin 42-ci dəqiqədə vurduğu qolla cavab verib.

Qeyd edək ki, qrupun digər oyununda "River Pleyt" (Argentina) "Urava Reds"i (Yaponiya) 3:1 hesabı ilə məğlub edib.

Turnir cədvəlinə hesabında 3 xal olan "River Pleyt" başçılıq edir, hərəyə 1 xal toplayan “İnter” və “Monterrey” ikinci-üçüncü yerləri bölüşür, turnir cədvəlini xalsız "Urava Reds" qapayır.