BAKI, 9 iyun. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu gələcək karyerası ilə bağlı qərarını verib.
Teleqraf-ın məlumatına görə, bu barədə portuqaliyalı hücumçunun özü açıqlama verib.
"Gələcəyim? Heç nə dəyişməyəcək. “Əl-Nəsr”də qalacağam”, - deyə 40 yaşlı ulduz futbolçu söyləyib.
Qeyd edək ki, Kriştianu Ronaldunun “Əl-Nəsr”lə müqaviləsi iyunun 30-da bitir. Ronaldu bu klubla meydana çıxdığı 111 oyunda 99 qola imza atıb.