BAKI, 3 iyun. TELEQRAF
Moldova Futbol Federasiyası ilə 7777.md brendinin sahibi olan NGM şirkəti arasında 600 min avro dəyərində üç illik müqavilə imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə təşkil olunan birgə mətbuat konfransında məlumat verilib.
Razılaşmaya əsasən, növbəti mövsüm Moldova Superliqası “Liga 7777.md” adlanacaq.
Bu, Moldova çempionatının titul sponsorluğu ilə bağlı ilk haldır. Əvvəllər yalnız Moldova kubokunun titul sponsorları olub.
Əldə olunan vəsait matçların, yayımların təşkili, infrastrukturun inkişafı, futbolun təbliği və sosial layihələrin həyata keçirilməsinə sərf olunacaq.
Qeyd edək ki, Moldova çempionatının son qalibi “Milsami” komandasıdır. Moldova Kuboku isə Orange Moldova Kuboku adlanacaq.