BAKI, 30 may. TELEQRAF
FIFA 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək 2025-ci il dünya çempionatının püşkatmasının nəticələrini açıqlayıb.
Teleqraf xəbər verir ki, sentyabrın 27-dən oktyabrın 19-dək Çilidə təşkil olunacaq mundialda 24 komanda iştirak edəcək.
Oyunlar Rankaqua, Santyaqo, Talke və Valparaiso şəhərlərində keçiriləcək.
U-21 dünya çempionatının qruplarının tam tərkibi:
A qrupu: Çili, Misir, Yaponiya, Yeni Zelandiya.
B qrupu: Cənubi Koreya, Panama, Paraqvay, Ukrayna.
C qrupu: Braziliya, Meksika, Mərakeş, İspaniya.
D qrupu: Argentina, Avstraliya, Kuba, İtaliya.
E qrupu: Fransa, Yeni Kaledoniya, Cənubi Afrika, ABŞ.
F qrupu: Kolumbiya, Nigeriya, Norveç, Səudiyyə Ərəbistanı.
Qeyd edək ki, son zamanlar Yeni Kaledoniyanın azadlığı uğrunda mübarizə aparan fəallara qarşı Fransanın repressiyaları güclənib. Azərbaycan buna qarşı ciddi etiraz bildirb və adada azadlıq hərəkatına dəstək verir.