BAKI, 28 may. TELEQRAF

"Millimizə uğurlar arzulayıram".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionatında Rumıniya yığmasını məğlub edərək (1:1, penaltilərdə 2:1) 1/4 final mərhələsinə yüksəlməsini Teleqraf-a şərh edərkən deyib.

43 yaşlı mütəxəssis futbolçuların özlərini yaxşı tərəfdən göstərməli olduqlarını söyləyib: "Yəqin ki, məşqçilər heyətinin sınadığı müəyyən məqamlar, elementlər olacaq".

Qeyd edək ki, Azərbaycan millisi 1/4 final mərhələsində İngiltərə ilə üz-üzə gələcək. Mayın 29-da təşkil olunacaq görüş saat 20:30-da start götürəcək.