BAKI, 21 may. TELEQRAF
Bu gün UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
Teleqraf xəbər verir ki, final oyununda İngiltərənin iki təmsilçisi - “Mançester Yunayted” və “Tottenhem” klublar qarşılaşacaq.
İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç almaniyalı referi Feliks Cvayerə həvalə olunub.
Qeyd edək ki, Avropa Liqasının son çempionu İtaliyanın “Atalanta” komandasıdır.