BAKI, 15 may. TELEQRAF

ABŞ-nin “İnter Mayami" klubu futbolçusu Jordi Albanın müqaviləsini yeniləyib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, MLS təmsilçisi ispaniyalı müdafiəçi ilə müddəti 2027-ci ilin sonuna kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

36 yaşlı oyunçu 2023-cü ildə İspaniya “Barselona”sından ayrılaraq “İnter Mayami”yə keçib.

Qeyd edək ki, Jordi Alba cari mövsüm ərzində meydana çıxdığı 17 matçda 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.