BAKI, 10 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXIV turunun növbəti oyununda "Turan Tovuz" "Neftçi"ni qəbul edib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunan görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada hesabı 9-cu dəqiqədə "ağ-qaralar"ın futbolçusu Emin Mahmudov açıb. Cəmi 7 dəqiqə sonra isə "Turan Tovuz" Rəhim Sadıxovun qolu ilə hesabı bərabərləşdirib.
Görüşün 32-ci dəqiqəsində Dembo Darbo son nöqtəni qoyub.
Bununla da, Samir Abasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 40-a çatdıraraq 6-cı pillədəki mövqeyini möhkəmlədib. Kurban Berdıyevin komandası isə 49 xalla 4-cüdür.
Qeyd edək ki, əvvəlki matçlarda "Sabah" evdə "Şamaxı"nı 3:1, "Zirə" isə səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura mayın 11-də baş tutacaq "Kəpəz" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları ilə yekun vurulacaq.