BAKI, 14 aprel. TELEQRAF

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Luis Suares növbəti dəfə qalmaqala səbəb olub.

Teleqraf xəbər verir ki, uruqvaqlı hücumçu CONCACAF Çempionlar Kubokunun 1/4 finalında "Los Anceles"lə cavab matçı (3:1) zamanı komanda yoldaşı Jordi Albanı dişləyib.

Hadisə matçın 89-cu dəqiqəsində iki komandanın futbolçuları arasında yaranan dava zamanı baş verib. 38 yaşlı Suares səhvən Albanın barmağını dişləyib.

Qeyd edək ki, bu, Luis Suaresin meydanda oyunçuları dişlədiyi ilk hal deyil. O, əvvəllər Otman Bakkala (2010), Branislav İvanoviç (2013) və Corco Kyelliniyə (2014) də eyni üsulla xəsarət yetirməyə çalışıb.