BAKI, 11 aprel. TELEQRAF

Futbol üzrə Azərbaycan çempionatlarında ən çox azarkeşə malik klublar açıqlanıb.

Teleqraf AFFA-nın açıqladığı hesabata istinadən xəbər verir ki, Premyer Liqada ev oyunları üzrə ortalama ən çox azarkeşi olan komanda "Turan Tovuz"dur - 4 106 nəfər.

I Liqada təmsilçiləri arasında lider ortalama 1 208 nəfərlə "Karvan"dır.

II Liqada isə birinci pillədə "Sheki City" komandasıdır - 458 nəfər.