BAKI, 5 iyun. TELEQRAF

Rəsmi diplomatik münasibətlərin olmamasına baxmayaraq, Ermənistan və Türkiyə arasında aktiv və konstruktiv dialoq mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir qeyd edib ki, bu dialoq bir sıra rəsmi diplomatik münasibətləri olan ölkələrin əlaqələrindən daha fəal və səmərəlidir.

“Dialoq uzun müddətdir müsbət istiqamətdə inkişaf edir. Aralıq nəticələr var, amma artıq konkret və real nəticələrin vaxtıdır. Biz bu mövqedəyik”, – Mirzoyan vurğulayıb.

Nazir aralıq nəticə kimi Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsinin bərpasını göstərib.