BAKI, 19 noyabr. TELEQRAF

Ermənistanın müxalifəti Baş nazir Nikol Paşinyanın yeni konstitusiya ilə bağlı proseslərin yekununda istefa verəcəyi barədə vədinə inanmır.

Teleqraf xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Kristine Vardanyan jurnalistlərə açıqlamasında bildirib.

"Özünə hörmət edən hər kəs, xüsusilə də söhbət siyasi xadimdən gedirsə, Paşinyana inana bilməz".

Deputatın sözlərinə görə, Paşinyan bu cür bəyanatları müxalifətin ona inanacağı və birgə addımlar atacağı ümidi ilə verir.