Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, Qabrielyan öz vəzifəsinə bərpa olunması və məcburi fasiləyə görə kompensasiya ödənilməsi tələbi ilə iddia qaldırıb.

2024-cü il martın 21-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan istefasının qanunsuz olduğunu bildirir.