Rusiya qoşunları Ermənistandan çıxsa, bütün Cənubi Qafqaz uzun müddət itiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, hazırkı məqamda Ermənistan rəhbərliyinin iki hədəfi var: Zəngəzur dəhlizinin açılması, xarici siyasi vektorun dəyişməsi - Ermənistan-Rusiya hərbi əlaqələrinin dayandırılması:

“Artıq bu kontekstdə KTMT və MDB ilə münasibətlər dondurulub. Məsələlərin siyasi tərəfi həll edilib, indi bunları reallaşdırmaq qalır”.

Badalyanın fikrincə, Rusiyadan uzaqlaşmaq Ermənistanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər:

“İrəvan təhlükəsizlik amilini nəzərə almadan Qərbə üz tutub. Rusiya da Ermənistan-Qərb münasibətlərini qəzəblə izləyir. Məsələn, bu gün Brüsseldə keçirililən görüş Rusiya üçün çox ağrılıdır. Rusiya tərəfi çox gözəl başa düşür ki, qoşunları Ermənistandan çıxsa, o zaman bütün Cənubi Qafqaz uzun müddət itiriləcək”.

Erməni ekspert istisna etmir ki, Rusiyanın Ermənistana qarşı tətbiq edəcəyi hazır planı var.