İrəvan şəhərinin keçmiş meri Hayk Marutyan Rusiyanın təlimatı ilə “Yeni Güc” adlı partiya qurur.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni deputat Qaqik Melkonyan bildirib.

“Rusiya dedi ki, bunu et, o da edir. İndi bizi hər tərəfdən sındırmağa çalışırlar”, - deputat söyləyib.

Melkonyan Marutyanın rəhbərlik edəcəyi yeni partiyanın hökumətlə mübarizə aparacaq gücdə olub-olmayacağı məsələsinə də toxunub:

“Belə gücləri yoxdur, indiyədək 100 beləsi gəlib-gedib. Sonda ona yaxın adam bir-birinə sıxılıb qalıb. Bunu edənlər həmin qüvvələrdir”.

Yeni partiyanın qurultayı mayın 1-də keçiriləcək.