“Delimitasiya və demarkasiya ilə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisi məlumat yayıb.

Tavuşda işğal altında saxlanılan Qazaxın 7 kəndindən anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin hansı sənədlər üzərində müzakirə edildiyi açıqlanmayıb.

Həmçinin komissiyaların növbəti iclasının vaxtı haqqında da məlumat verilməyib.