Rusiyanın dominant olduğu təşkilatları dərhal tərk edib Avropa Birliyinə üzv olmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Azat Arşakyan deyib.

“İslahatlar səngiyib, sürətləndirilməlidir. Sovet İttifaqının miraslarını, SSRİ-yə bənzəyən bütün təşkilatları dərhal tərk etmək lazımdır, onlar Ermənistanı müstəqillikdən məhrum edirlər.

Avropa Birliyi ilə əlaqələri gücləndirmək, tam üzv olmaq lazımdır. Mənim yanaşmam budur”, - deputat bildirib.