Ermənistan müdafiə naziri Suren Papikyan Cənubi Kiprə (yunan) səfər edib.

Teleqraf.com xəbər verir ki, Papikyan səfəri çərçivəsində kiprli həmkarı Mixalis Yorqalasla görüşüb.

Görüş zamanı müdafiə sahəsində Ermənistan-Cənubi Kipr əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Tərəflər hərbi əməkdaşlığın inkişafı üçün yeni imkanları qeyd edərək, daha əhatəli gündəmlə - təlim proqramları, müxtəlif sahələrdə təcrübə mübadiləsi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar əməkdaşlığa hazır olduqlarını bildiriblər.