Ermənistan Rusiyaya hərbi yarımkeçiricilər ixrac edən dördüncü ölkə olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Trade Data Monitor” məlumat yayıb.
Mənbə iddia edir ki, Ermənistan Rusiyaya mikroçiplərin paralel ixracına kömək edir. Yəni beynəlxalq sanksiyalarından yayınmasına...
2022-ci ilin fevralından – Ukraynada müharibənin başlamasından bəri Rusiya və Ermənistan arasında dövr edən pulun həcmi 3 milyard dollara yüksəlib.
İxrac Rusiyanın çip dizayneri “Milandr”ın törəmə şirkəti olan Ermənistanın “Milur Electronics” vasitəsilə həyata keçirilir. Şirkət Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından iki ay sonra yaradılıb.
ABŞ və Avropa Birliyi tərəfindən Rusiyaya sanksiyalardan yayınmağa kömək edən Ermənistan şirkətlərinə sanksiya tətbiq etdikdən sonra Baş naziri Nikol Paşinyan Qərbin məhdudiyyətlərinə görə Rusiya ilə işə ciddi nəzarət etmək tələbini açıqlamışdı. Bundan sonra xarici işlər naziri Ararat Mirzoyan demişdi ki, İrəvan sanksiyalardan yan keçmək üçün platformaya çevrilmək niyyətində deyil.