Erməni hərbçi naməlum şəraitdə ölümcül güllə yarası alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 26-da saat 16:30 radələrində hələlik dəqiqləşdirilməmiş şəraitdə N saylı hərbi hissənin hərbi qulluqçusu Murad Qriqoryan ölümcül güllə yarası alıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.