Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında ABŞ-da Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə başlayan danışıqlar Moskvada davam etdirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Rusiya və Qərb dövlətləri Ermənistan-Azərbaycan probleminin həlli üçün ayrıca layihələr təqdim etməyiblər.

Xatırladaq ki, mayın 1-dən mayın 4-dək Mirzoyan və Bayramov ABŞ-da Cənubi Qafqazda nizamlanmaya dair danışıqlar aparıblar.