Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət növbəti iclasını keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Sessiyanın gündəliyinə 40 məsələ daxildir, bunlardan 37-si barədə məlumat verilmir. Açıqlanmayan məsələlərdən ikisi isə məxfi xarakter daşıyır.

Erməni nəşrləri məxfi saxlanılanların Azərbaycanla müzakirə edilən məsələlərlə bağlı olduğunu ehtimal edirlər.