BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Teleqraf xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb.

Azərbaycan tərəfi xarici lobbi və ekspert dairələrinin iştirakı ilə ölkəyə qarşı aparılan informasiya kampaniyası fonunda bu cür görüşlərin keçirilməsini məqsədəmüvafiq hesab etməyib.