Yerevanda "Daşnaksutyun" partiyasının nümayəndələri Ermənistan Təhlükəsizlik şurasının binası qarşısında etiraz aksiyası keçirir.

Teleqraf.com-un məlumatına görə, aksiyada onlarla şəxs iştirak edir.

Etirazçırlar Təhlükəsizlik Şurasını Türkiyənin maraqlarına xidmət etməkdə günahlandırır.

"Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan bildirib ki, Təhlükəsizlik Şurası Türkiyənin Ermənistandakı səfirliyi rolunu oynayır, Şuranın sədri Armen Qriqoryan isə faktiki olaraq Türkiyə səfirinə çevrilib.