Ermənistan Baş naziri Nikol Paşinyan Armavir bölgəsinə səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nane Qevorkyan bildirib.
Paşinyanın səfər proqramına yerli əhali ilə görüşmək daxildir.
Buna qədər müxalifət elan edib ki, Paşinyan Armavirdə insanların etirazı ilə qarşılanacaq.