Ermənistanda koronavirusla bağlı son durum açıqlanıb. son sutkada daha 777 nəfər COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, ölkədə son sutkada COVID-19-a yoluxanların sayı daha 777 nəfər arataraq 190 317-yə çatıb. Ölənlərin sayı isə daha 14 nəfər artaraq 3 464-ə yüksəlib.