Strategiyada daha geniş formullar mövcuddur. Lakin II Qarabağ müharibəsindən sonra bölgədə kifayət qədər böyük dəyişikliklər baş verib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın mövcud konsepsiyası və Türkiyəyə münasibəti haqqında danışarkən deyib.
O bildirib ki, 10 noyabrda elan olunan sənəd çərçivəsində daha intensiv mərhələyə keçən blokdan çıxarma prosesi 11 yanvarda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatı ilə daha geniş regional yanaşmanı özündə ehtiva edir: “Belə imkanların mövcud olduğuna inanırıq”.
Qriqoryan əlavə edib ki, birbaşa dialoq yoxdur, ancaq hər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin verdiyi bəyanatlarda belə bir fürsətin olduğu bildirilir.
Jurnalistin Türkiyəni düşmən dövlət hesab edib-etmədiyinə dair cavabında Təhlükəsizlik Şurasının katibi deyib ki, bölgənin blokdan çıxarmaq qərarına gəldikdə yanaşmalarımızda müəyyən düzəlişlər olmalıdır.