Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi təyin olunan general-leytenant Artak Davtyan açıqlama verib.
Teleqraf.com xəbər verir ki, general silahlı qüvvələrin ölkədə gedən siyasi proseslərdən kənarda qalacağını bildirib.
Davtyan keçmiş qərargah rəisi Onik Qasparyanın Baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanatına diqqət çəkib: “Silahlı Qüvvələr rəhbərliyinin məlum bəyanatından sonra məsələ həll edildi və mövcud fikir ayrılıqları hüquqi yollarla aradan qaldırıldı.
Hökumətə tabe və konstitusiya statusuna sahib olan Ermənistan Respublikası Silahlı Qüvvələri yalnız müdafiə, təhlükəsizlik, ərazi bütövlüyü və Ermənistan sərhədlərinin toxunulmazlığını təmin etmək öhdəliyini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf qalacaq”.
Qeyd edək ki, Ermənistan prezidenti Artak Davtyanın baş qərargah rəisi təyin edilməsi haqqında fərmanı imzalamayıb. Bu gün Baş nazir Nikol Paşinyan Artak Davtyanın bu posta təyin edilməsi ilə bağlı açıqlama verib.