BAKI, 3 iyul. TELEQRAF

Fəaliyyətə başladığı tarixdən indiyədək Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə Şahdəniz qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.