BAKI, 14 aprel. TELEQRAF
Bu ilin ilk iki ayı ərzində ölkədə 10878 ölüm halı qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,3-dən 6,6-ya qədər artıb.