BAKI, 14 aprel. TELEQRAF

"Bu, mənim seçkilərim deyildi, amma o, mənim dostum idi, yaxşı insandır, miqrasiyanın öhdəsindən yaxşı gəldi"

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrindən danışarkən bildirib.

Tramp "Corriere della Sera" nəşrinə müsahibəsində Viktor Orbanı dostu və yaxşı insan adlandırıb.

ABŞ lideri qeyd edib ki, səsvermənin nəticəsinə baxmayaraq, Macarıstanın sabiq liderinin siyasəti doğru idi: "Orban İtaliyanın etdiyi kimi, əcnəbilərin onun ölkəsini dağıtmasına imkan verməyib".