BAKI, 14 aprel. TELEQRAF
ABŞ administrasiyasının İranı daş dövrünə qaytarmaq istəyi ilə bağlı açıqlamaları onların bizim gücümüzü və inkişaf səviyyəmizi qəbul etmək istəmədiklərini göstərir.
Teleqraf xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, ABŞ İranın inkişafı və gücü ilə barışa bilmir.
Pezeşkian qeyd edib ki, ölkə beynəlxalq qanunlara riayət edir və onların çərçivəsində danışıqlara hazırdır.