BAKI, 14 aprel. TELEQRAF

Fransa prezidentinin iqamətgahında axtarışlar aparılıb.

Teleqraf xəbər verir ki, Yelisey Sarayında aparılan axtarışlar dövlət müqavilələri ilə bağlıdır.

"Canard Enchaîné" nəşrinin məlumatına görə, müstəntiqlər Fransa prezidenti Emmanuel Makronun iqamətgahına bu gün səhər saatlarında daxil olublar.

Nəşr qeyd edir ki, korrupsiyaya qarşı mübarizə briqadası "Shotcut Events" ilə imzalanmış müqavilələri araşdırır. Şirkət 2002-2024-cü illər arasında görkəmli şəxsiyyətlərin xatirəsini yad etmək üçün keçirilən bütün Panteon təqdimat mərasimlərini idarə edib.