BAKI, 14 aprel. TELEQRAF
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiqlənib.
Teleqraf xəbər verur ki, “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.