FÜZULİ, 14 aprel. TELEQRAF

Füzulidə minaya düşən ANAMA əməkdaşı dəfn edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, xidməti vəzifəsini icra edən zaman minaya düşən 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlunun meyiti doğulduğu Füzuli Rayon Bala Bəhmənli kənd qəbristanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun iş yoldaşları olan ANAMA əməkdaşları və kənd sakinləri iştirak edib.

***

12:58

Minaya düşən ANAMA əməkdaşının meyti təhlükəli ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Füzuli rayon Əbdürrəhmanlı kəndi ərazisində minaya düşən ANAMA əməkdaşı Mətili Muğan Rəfayıl oğlunun meyiti təhlükəli ərazidən çıxarılaraq müayinə üçün Füzuli Rayon Məhkımə Tibbi Ekspertiza və Patolooji Anatomiya şöbəsinə təhvil verilib.

M.Mətili əslən Füzuli rayonun Bala Bəhmənli kənd sakinidir.

Raul Muradlı

***

12:06

Bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş həyatını itirib.