BAKI, 14 aprel. TELEQRAF
2026-cı ilin ilk üç ayı ərzində “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinin pozulmasına görə ümumilikdə iki inzibati cəza tədbiri tətbiq edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, həmin tədbirlərdən biri yanvar ayında qəbul olunmuş müvafiq qərarlara əsasən “ARB” kanalının yayımının 3 saatlıq dayandırılması, daha sonra isə həmin kanalın yayımının 24 saatlıq dayandırılması ilə bağlı olub.